“Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” layihəsinin azərbaycanlı iştirakçıları ilə onlayn seminarı təşkil olunub - FOTOLAR

A- A A+

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, onlayn platforma üzərindən keçirilən seminarda  təhsilin keyfiyyətinin qiymətləndirmə meyarları, elmi tədqiqatların strategiyası və əsas məqsədləri, tədqiqata aid strateji tələblər, təlim və tədris vasitələri, qiymətləndirmə prosesi, tədqiqat keyfiyyətinin saxlanılması və bir çox mühüm məqamlara aydınlıq gətirilib.

Təhsildə keyfiyyət sisteminin inkişafı və tətbiqində əsas problemlər, keyfiyyət sisteminin uzun müddətli effektiv fəaliyyəti, universitetlərdə təhsilin keyfiyyətinin artırılması üçün zəruri hesab olunan fəaliyyətlər, universitetlərdə təhsilin keyfiyyətinin monitorinqi və keyfiyyət göstəriciləri mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin qatıldığı seminarda müəllim, tələbələr və işəgötürənlərin iştirakı ilə dəyirmi masada bir çox mühüm məsələlər müzakirə olunub.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: