İyulun 15-də II ixtisas qrupu üzrə 16 mindən çox abituriyent qəbul imtahanı verəcək

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 15-də II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, II ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda 16 min 757 abituriyentin iştirakı nəzərdə tutulub.

DİM abituriyentlərin bir daha nəzərinə çatdırır ki, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: