Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. İmtahanda 21 min 35 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlərdən 19 min 407 nəfər Azərbaycan, 1628 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 min 176 nəfəri oğlan, 15 min 859 nəfəri isə qızdır. 17 min 540 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 min 952 nəfər əvvəlki illərin məzunudur. 51 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2006-cı ildəndir.