Alimlər Yerin kosmosdan müdafiəsi məsələlərini müzakirə ediblər

A- A A+

Yuri Qaqarin kosmosdan Yerə tamaşa edəndə onun dünyaya baxışı həmişəlik dəyişmişdi.

Qaqarin Yer kürəsinə qayıdandan sonra demişdi: “Mən ilk dəfə gördüm ki, planetimiz necə gözəl imiş. Ey insanlar, gəlin bu gözəlliyi məhv etməyək, onu qoruyub saxlayaq və artıraq”.

O vaxtdan bəri kosmosda olmuş astronavtlar Yer kürəsini qorumaq arzusu barədə dəfələrlə danışıblar.

Bu gün kosmosdan yerə baxanda planetimizlə bizim münasibətlərimiz konseptual səviyyədə dəyişir, bu isə Yer kürəsini qorumaq üçün tədbirlər hazırlamağa kömək edir.

NUHÇIXAN xəbər verir ki, bu günlərdə Kölndə iqlim məsələlərinə həsr edilmiş konfransda 100-dən çox alim iştirak edir. Almaniya Aerokosmik Mərkəzi (DLR) tərəfindən təşkil edilmiş bu konfransın məqsədi kosmik tədqiqatların iqlim dəyişmələrini daha yaxşı anlamağa və bu dəyişikliklərə uyğunlaşmağa necə kömək edə biləcəyini müzakirə etmək idi. Avropa Kosmik Agentliyində (AKA) gələcəyin elmi və texnologiyaları şöbəsinin rəhbəri Moris Borjo deyib: “Yer kürəsi xəstədir və biz onun vəziyyətinə nəzarət etməliyik. Bunu peyklərin köməyi ilə daha yaxşı etmək olar”.

İqlimşünas alimlər planetimizin ətrafında dövrə vuraraq Yeri müşahidə edən onlarca peyklərdən alınan məlumatları toplayır və təhlil edirlər. Peyklərin köməyi ilə buzların əriməsini, dənizlərin səviyyəsinin yüksəlməsini izləmək, səhraların sahəsinin artmasını müşahidə etmək, hətta qasırğalar və daşqınlar kimi təbii fəlakətlər barədə qabaqcadan xəbərdarlıq etmək mümkündür.

Bu müşahidələr iqlim dəyişmələrinə qarşı mübarizə üçün həlledici əhəmiyyətə malikdir. Kosmos qlobal proseslərə qlobal yanaşmağa imkan verir. Təcrid edilmiş ölçmələr aparmaqla bu prosesləri təhlil etmək mümkün deyil. Əsas məsələlərdən biri dənizlərin səviyyəsinin artmasıdır. Alimlər peyklərin köməyi ilə dünyanın müxtəlif regionlarında baş verən prosesləri müqayisə edə bilərlər.

Tezliklə peyklərin köməyi ilə həm iqlim dəyişmələrinin nəticələrini, həm də onun səbəblərini təhlil etmək mümkün olacaq. Hazırda alimlər atmosferin parnik qazları ilə nə dərəcədə sürətlə çirklənməsini və belə qazların ayrıldığı yerləri dəqiq müəyyən edə bilmirlər. Ayrı-ayrı ölkələr tərəfindən karbon qazı tullantılarının intensivliyini hesablamaq üçün enerjidən istifadə edilməsi, kömür, neft və digər qazıntı şəklində yanacaq hasilatı kimi amillər nəzərə alınmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: