İyulun 15-də imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu üzrə iyulun 15-də keçirilən imtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.