DİM: Qabiliyyət imtahanı verəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər

A- A A+

Bakıda fəaliyyət göstərəcək Təsviri incəsənət müəllimliyi (13) komissiyası üzrə imtahanda iştirak etmək istəyən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Dizayn (14) və Dekorativ-tətbiqi sənət (15) komissiyalarının rəsm imtahanından 6 və daha yuxarı qiymət alan abituriyentlərin imtahan nəticələri Təsviri incəsənət müəllimliyi (13) komissiyasına da şamil edilir (abituriyentlər qeydiyyatdan keçdikləri halda). Qiyməti şamil edilmiş abituriyentlərin imtahan nəticəsi bəlli olduğuna görə onlara buraxılış vərəqəsi verilmir və müvafiq imtahanda iştirak etmirlər.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul olmaq istəyən abituriyentlər komissiyalar üzrə qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə bilərlər.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: