NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində yay məktəbi təşkil edilib.
Bu münasibətlə ali təhsil ocağının akt zalında keçirilən tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, fakültələr üzrə kredit borcları olan tələbələrin kredit borclarını ödəmələri, o cümlədən müvəffəqiyyət qazandıqları fəndən qiymətlərini yüksəltmələri üçün ödənişli əsaslarla yay semestri təşkil edilib. Prorektor vurğulayıb ki, fakültə dekanları artıq yay semestrində tədris olunacaq fənlərin dərs və imtahan cədvəllərini hazırlayıb təsdiq üçün tədris hissəsinə tədqim ediblər. Diqqətə çatdırılıb ki, yay semestrində dərs aparacaq müəllimlərin əmək haqları saathesabı qaydada ödəniləcək.
Tədbirdə müəllim və tələlələrin sualları cavablandırılıb.
Qeyd edək ki, 13 iyul 2021-ci il tarixdən başlanan və dərs saatlarının həcminə uyğun olaraq əsasən, kameralı auditoriyalarda keçiriləcək dərslər 6 həftə ərzində yekunlaşacaq.
Səadət Əliyeva