NDU ilə Türkiyənin nüfuzlu universiteti arasında texnopark sahəsində əməkdaşlıq planlaşdırılır - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin rektoru və bir qrup əməkdaşlarının  Türkiyəyə  rəsmi səfəri çərçivəsində  qardaş ölkənin ən nüfuzlu və çağdaş təhsilin qabaqcıl universitetlərindən olan Orta Doğu Texniki Universiteti arasında əməkdaşlıq görüşləri keçirilib və ikili diplom layihələrinin icrası ilə bağlı razılıq əldə edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş zamanı Orta Doğu Texniki Universitetinin prorektoru prof. Dr. Tülin Gençöz qonaqları salamlayaraq onları qarşılamaqdan məmnunluq hisslərini ifadə edib, ali təhsil ocağı haqqında məlumat verib.

Türkiyənin 80-ə yaxın universiteti arasında akademik müəllim və tələbə mobilliyi sahəsində əməkdaşlıq müqavilələri imzalandığını diqqətə çatdıran Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın universitetin beynəlxalq əlaqələrinin mühüm hissəsi oldğunu qeyd edib. Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, müvafiq dövlət qurumları qarşısında sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar verilib. Bu il iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib.

Rektor vurğulayıb ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistratura üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir.

Texnoparkın direktoru Prof. Dr. Mustafa Verşan Kök, Biznesin inkişafı və marketinq direktoru  Selin  Doğu  ODTU Texnoparkının fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər. Məlumat verilib ki, ODTU Texnoparkı, ev sahibliyi etdiyi şirkətlər və sahibkarlar üçün müxtəlif proqramlar həyata keçirir. Belə ki, texnoloji əsaslı təşəbbüskarlığın dəstəklənməsi, inkubasiya öncəsi “Sürətləndirmə Proqramı” və “Animasiya Texnologiyaları və Oyun İnkişaf Mərkəzi”, inkubasiya mərkəzləri, Sürətləndirmə və İnvestisiya Şirkəti, akademik biliklərin kommersiyalaşdırılması üçün “ODTU Texnologiya Transfer Ofisi” mövcud olmaqla yanaşı, müdafiə sənayesi, İKT və sağlamlıq qruplarının inkişafını hədəf alan proqramlar da həyata keçirilir.

Görüş zamanı Texnoparkda rezident olaraq yerli və xarici şirkətlərin ofislərinin yerləşəcəyini, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənildiyini və bu baxımdan ODTU Texnoparkının imkanlarından istifadə üçün görüşün əhəmiyyəti vurğulanıb.

Sonda ODTU Texnoparkı ilə tanışlıq olub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: