“Heydər Əliyev təltiflər” kitabı Miniatür Kitab Muzeyinin Naxçıvan filialına hədiyyə edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev təltiflər” miniatür kitabı Miniatür Kitab Muzeyinin Naxçıvan filialına hədiyyə olunub.

Hədiyyəni Azərbaycan Miniatür Kitab Muzeyinin yaradıcısı və kitabın tərtibatçısı olan Zərifə Salahova təqdim edib. Miniatür kitabda ümummilli lider Heydər Əliyevə verilən müxtəlif təltiflər haqda məlumat yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Miniatür Kitab Muzeyinin Naxçıvan filalı 2014-cü ildən fəaliyyətə başlayıb. Burada çox ölkələrdə çap olunmuş 1119 kitab sərgilənir. Sərgidə  ümummilli lider Heydər Əliyevlə bağlı kitablarla yanaşı, dünya və Azərbaycan klassiklərinin əsərlərindən nümunələr var.

Ekspozisiyasında 5570 kitab olan Azərbaycan Miniatür Kitab Muzeyinin kolleksiyası böyüklüyünə görə Ginnesin Rekordlar kitabına da  düşüb.

                                                               Tükəzban Cəfərova

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: