Geoloq alimlər Cənubi Xəzər hövzəsində tədqiqat aparıblar

A- A A+

Son illər ərzində AMEA-nın Neft və Qaz İnstitutunun, Geologiya və Geofizika İnstitutunun alimləri Cənubi Xəzər hövzəsində geoloji şəraitin, neft-qazlılığın və karbohidrogenlərin faza halının məkanda dəyişkənliyin təhlilinə həsr olunmuş kompleks geofiziki və geokimyəvi tədqiqatlar aparıblar.

AMEA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müasir elmi metodların və yanaşmaların tətbiqi ilə aparılmış bu tədqiqatların nəticələri Cənubi Xəzər hövzəsində axtarış-kəşfiyyat işlərinin istiqamətləndirilməsinə aid əsaslandırılmış təkliflər hazırlamağa imkan yaradıb.

Yer qabığının quruluşunun heterogenliyi (qeyri-bircinsliyi) və onun çökmə kompleksində neft və qaz ehtiyatlarının məkanda qeyri-bərabər paylanmasının fundamental xüsusiyyəti nəzərə alınmaqla təkliflərdən biri cari ildə akademiklər Əkpər Feyzullayev, Fəxrəddin Qədirov və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahvələd Köçərli tərəfindən hazırlanıb.

Cənubi Xəzər hövzəsində neft və qaz yataqlarının əmələgəlməsinin tektono-geofıziki modelinə əsaslanan bu təklifdə hövzənin dərin sulu hissəsində kəşfiyyat-qazma üçün birinci növbəli obyektlər əsaslandırılıb və onlarda gözlənilən qaz ehtiyatları proqnozlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: