Qabiliyyət imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı davam edir

A- A A+

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən və bununla bağlı ərizəsi olan abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, abituriyentlər iyulun 29-dək qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanı komissiyaları üzrə cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər, 1 və ya 2 iyul tarixlərində imtahan verib müsabiqə şərtlərini ödəyən əvvəlki illərin məzunları, Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər və subbakalavrlar qeydiyyatdan keçə bilərlər:

Daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.

Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il üçün 1-ci və 2-ci nömrələrini nəşr edib. “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsinə aid bütün məlumatlar öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: