NDU ilə Türkiyənin Hacı Bayram Vəli və Qazi Universitetləri arasında əməkdaşlığın əsası qoyulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və bir qrup əməkdaşı Türkiyənin Hacı Bayram Vəli və Qazi Universitetlərində rəsmi səfərdə olublar.

Görüş çərçivəsində NDU və Hacı Bayram Vəli  universitetləri arasında yaxın gələcəkdə “Uzaktan Eğitim Merkezi” ilə birgə fəaliyyət, konservatoriya ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi, Hacı Bayram Vəli Universitetinin Turizm Fakültəsinin təcrübəsi ilə NDU turizm işinin təşkili ixtsasları arasında ikili diplom proqramının təşkili, rəqəmsal təhsildə keyfiyyətin təmini üçün elektron-öyrənmə sisteminin gücləndirilməsi, doktorantura təhsil pilləsində keyfiyyətin və xarici təcrübələrdən faydalanması məqsədi ilə “iki elmi rəhbərli” ixtisaslara qəbul planı aparılması nəzərdə tutulub. 

Qazi Universitetində keçirilən görüşdə isə ali təhsil ocağında xarici dil tədris edən müəllimlərin NDU-da tədrisə yönləndirilməsi, sinxron tərcümə sahəsində  Qazi universitetinin təcrübəsinin öyrənilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata keçirilməsi, mühəndislik ixtisasları üzrə ikili diplom proqramı imkanlarının müzakirə edilərək həyata keçirilməsi, texnologiya ixtisası sahələri əsasında təcrübələrin paylaşılması, universitet kitabxanaları arasında mübadilələrin təşkil edilməsi, xarici dil, sinxron tərcümə və tədris texnikasının öyrənilməsi məqsədi ilə  NDU-nun müəllim heyətinin Qazi Universiteti ilə mübadiləsinin təşkil edilməsi, doktorantura sahəsi üzrə doktorant və dissertantların tədqiqat məqsədi ilə qarşılıqlı mübadilə imkanlarının müzakirəsi və təşkili, biotexnologiyalar sahəsində əməkdaşlığı və bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Ankaradakı Səfirliyinin Təhsil Müşaviri dosent Nəcibə Nəsibova da iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: