Ali təhsil müəssisələrinə subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifə¬sin¬də “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 14:45-ə olan məlumata görə, 14 min 888 subbakalavr elektron ərizəsini təsdiqlədib.