“AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” adlı monoqrafiya nəşr olunub

A- A A+

AMEA Hüseyn Cavidin ev-muzeyinin Elmi şurasının qərarı ilə müəssisənin fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Könül Məhərrəmovanın yeni monoqrafiyası çap olunub.

Muzeydən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, “AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” adlı monoqrafiyanın elmi məsləhətçisi müəssisənin direktoru, dissertantın elmi rəhbəri, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

Monoqrafiyada Hüseyn Cavidin ev-muzeyinin müstəqillik illərində elmi və yaradıcı fəaliyyəti araşdırılır. Muzeydə aparılan elmi-tədqiqatlar, xüsusilə “Cavidşünaslıq” araşdırmalar toplusu (30 cilddə) müstəqillik illəri Azərbaycan cavidşünaslığının ən mühüm elmi nailiyyəti kimi dəyərləndirilir.

Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, rəyçi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: