Gənclərin “Yay məktəbi” başa çatıb - FOTOLAR

A- A A+

Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi” fəaliyyətini başa vurub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihə 3 günlük müddəti əhatə edib.

İlk gün iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin təşkil olunma məqsədləri və proqramı haqqında məlumat verilib. 3 gün ərzində gənclər müxtəlif idman və intellektual oyunlar oynayıb, foto-müsabiqədə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimova həsr edilən “Poladın 7 anı”, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs olunan “Dahi şəxsiyyət” sənədli filmlərini izləyiblər. Bundan əlavə, müxətlif idman oyunları təşkil olunub, konsert proqramı və gənc aktyorların tamaşaları reallaşıb. Yay məktəbinin sonuncu günü səhər Proqrama əsasən təşkil olunan fəaliyyət növlərində fərqlənən gənclərə, müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim edilib.  

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan “Yay məktəbi”nə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutundan ümumilikdə 55 tələbə cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: