Naxçıvan Bölməsində Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunan tədbir keçirildi - FOTOLAR

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Ana dilimizin keçdiyi inkişaf yolundan bəhs edən Bölmənin sədri, akademik İsmayıl Hacıyev dilimizin qorunmasında, eləcə də inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Naxçıvanda dövlət dil siyasətinin uğurla həyata keçirildiyindən danışıb. Alim qeyd edib ki, son illər nəşr olunmuş “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və digər nəşrlər tariximiz, mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir. Bu gün muxtar respublikada ticarət və iaşə obyektlərinə doğma dilimizdə adların verilməsi, reklam lövhələrinin dilin qayda-qanunlarına uyğun yazılması ana dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərdəndir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi isə əsrlərdən bəri süzülüb gələn dilimizə xalq sevgisinin gerçək ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması dilimizlə bağlı tədbir və nəşrlərin həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Tədbirdə, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri, dosentlər Firudin Rzayev və Nuray Əliyevanın da çıxışları dinlənilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: