Hərbi liseylərə qəbul imtahanında 1911 abituriyentin iştirakı nəzərdə tutulur

A- A A+

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hərbi liseylərə qəbul imtahanı keçiriləcək.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil ediləcək. Hərbi liseylərə qəbul imtahanında 1911 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, iştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: