Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

A- A A+

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 12:25-ə olan məlumata görə, 16 min 437 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: