Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) hərbi liseylərə qəbul imtahanı keçirib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hərbi liseylərə qəbul imtahanında yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələr yaxın 1 həftə ərzində elan olunacaq.
Bu gündən etibarən DİM-də imtahan materiallarının emalına başlanılır.