Əlyazmalar İnstitutu Nəşə Təbrizinin divanının surətini əldə edib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə edib.

NUHÇIXAN xəbər verir ki, institutdan AZƏRTAC-a bildirilib ki, əsasən farsca yazılmış bu divanının sonunda şairin Azərbaycan türkcəsində şeirləri yer alıb. Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olub, Nadir şahın yürüşlərində iştirak edib. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibətilə yazılıb.

Divanda şairin anadilli lirik şeirləri də yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: