Avqust ayı üçün qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, müvafiq cədvəldə ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri göstərilib.
Abituriyentlər qabiliyyət imtahanlarının tarixi ilə buraxılış vərəqəsində tanış olmalıdırlar.