Test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib

A- A A+

Abituriyentlər aprelin 29-da keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında tanış ola bilərlər.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir. İmtahan nəticələrinin yaxın iki gündə elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini DİM-in internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər və valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunan sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı“> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Abituriyentlər aprelin 1-də və 15-də keçirilən sınaq imtahanlarında istifadə olunan sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını isə (pdf formatında) DİM-in rəsmi saytında əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: