Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, avqustun 9-da musiqi (11 illik), teatr-kino-xoreoqrafiya (11 illik), bədən tərbiyəsi (11 illik), təsviri sənət (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.
Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.