Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçiriləcək xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, avqustun 10-da təsviri sənət (11 illik), musiqi (11 illik), bədən tərbiyəsi (11 illik) və təsviri sənət (9 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.
Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.