Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatır

A- A A+

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizə qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, subbakalavrlar Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi elektron ərizə formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünün deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

SMS xəbərdarlıq aldıqdan sonra subbakalavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir. Qeyd olunan tarixədək ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.

Xatırladaq ki, qeydiyyat iyulun 8-dən başlanıb və internet vasitəsilə aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: