Bu gün muxtar respublika üzrə 600-dən artıq abituriyent imtahan verib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssiələrinə qəbul, eksternat qaydasında ümumi orta təhsil haqqında təhsil sənədi almaq istəyənlər üçün buraxılış imtahanları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkə üzrə bir neçə kateqoriyadan 11 min 552, Naxçıvan üzrə isə 610 namizəd imtahan vermək üçün qeydiyyatdan keçib. İmtahanlar 15 şəhər və rayonda, o cümlədən Naxçıvan şəhərində təşkil olunub. Muxtar respublikada təşkil olunan hər iki imtahan saat 10.00-da başlayıb. İmtahanda abituriyentlərə xarici dil üzrə 30, Azərbaycan dili üzrə 30, Riyaziyyat üzrə isə 25 olmaqla ümumilikdə 85 test tapşırığı təqdim olunub. İmtahanlar Naxçıvan şəhərində 3 bina - Naxçıvan şəhər 5, 14 və Heydər Əliyev adına tam orta məktəblərində təşkil olunub. Ümumilikdə isə imtahana 51 zal ayrılıb ki, bu da şagirdlər arasında mövcud şəraitlə əlaqədar olaraq sosial məsafənin gözlənilməsinə hesablanıb.
Ərhan Novruzov