Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı avqustun 16-sı saat 23:59-dək davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, bu gün saat 11:50-dək subbakalavrların elektron ərizələrinin ümumi sayı 19747 olub. Təsdiq olunan elektron ərizələrin sayı isə 19001-dir. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 8-dən etibarən internet vasitəsilə aparılır.