Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 7-ci nömrəsini nəşr edib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Jurnalda, həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunur.

Jurnalın elektron versiyasını da (PDF formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: