Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan olunub

A- A A+

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş 250 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 14, 16 və 17-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: