Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün xüsusi qabiliyyət imtahanları davam edir.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 17-də keçiriləcək. Abituriyentlər musiqi (ali), təsviri sənət (11 illik), islamşünaslıq (ali) və bədən tərbiyəsi (9 və 11 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.
Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.