Növbəti qabiliyyət imtahanları avqustun 19-da təşkil ediləcək

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün xüsusi qabiliyyət imtahanları davam edir.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 19-da keçiriləcək. Abituriyentlər bədən tərbiyəsi (ali, 9 və 11 illik), islamşünaslıq (ali) və teatr-kino-xoreoqrafiya (ali) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: