Akademik İsmayıl Hacıyevin “Araz-Türk Cümhuriyyəti” kitabı işıq üzü görüb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Araz–Türk Cümhuriyyətinin faəliyyətinin tədqiq edilməsi haqqında 2019-cu il 24 sentyabr tarixli Sərəncamı əsasında nəşr olunub.

AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin elmi redaktorluğu ilə nəşr olunan kitabda yeni sənəd və materiallar dövriyyəyə gətirməklə Araz–Türk Cümhuriyyətinin tarixi araşdırılır. Naxçıvan bölgəsində hərbi-siyasi vəziyyət, Araz-Türk Cümhuriyyətinin yaradılması zərurəti, yaranma tarixi, mərkəzi, rəhbərləri, bölgənin erməni daşnaklarının basqınlarından qorunması, süqutu, tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrinə diqqət yetirilib, bir sıra tarixi fakt və hadisələrə aydınlıq gətirilib.

Kitab tarixçi və tədqiqatçılar, ictimai elm nümayəndələri, eləcə də Azərbaycanın dövlətçilik tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: