Növbəti qabiliyyət imtahanları avqustun 23-də təşkil ediləcək

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 23-də keçiriləcək. Abituriyentlər təsviri incəsənət (ali), memarlıq (ali), musiqi (11 illik), bədən tərbiyəsi (ali və 11 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: