DİM: Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı onlayn apellyasiya təşkil ediləcək

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilmiş qabiliyyət imtahanının nəticələrini elan edib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 23-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 22-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: