Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 30-dək internet vasitəsilə aparılır.
İxtisas seçimi ilə əlaqədar sualları canlı yayım zamanı müvafiq postun altına yazmaq olar.