Növbəti qabiliyyət imtahanları memarlıq, təsviri sənət və bədən tərbiyəsi istiqamətləri üzrə təşkil ediləcək

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 24-də keçiriləcək. Abituriyentlər təsviri sənət (11 ilik), memarlıq (ali) və bədən tərbiyəsi (ali) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: