Məktəblərdə "Zəfər tarixi” kursu tədris ediləcək

A- A A+

Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində "Zəfər tarixi” kursu tədris ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə qeyd edilib.

Əmrə əsaəsn, bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilib.

Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: