Sabah memarlıq, təsviri sənət və bədən tərbiyəsi istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 25-də keçiriləcək. Abituriyentlər təsviri sənət (ali), memarlıq (ali) və bədən tərbiyəsi (ali) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.