Avqustun 26-da abituriyentlər bədən tərbiyəsi və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 26-da keçiriləcək. Abituriyentlər bədən tərbiyəsi (ali) və təsviri sənət (11 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.