Subbakalavrların I və II ixtisas qrupları üzrə qəbul olmaq imkanları daha yüksəkdir

A- A A+

Subbakalavrlarla bağlı qaydalar Azərbaycan gənclərini ali məktəblərə daha geniş şəkildə qəbul olmasına kömək göstərir. 2019-cu ildə qeydiyyatda 11518 subbakalavr olub. 2020-ci ildə ixtisas seçimində 13798 nəfər iştirak edib. 2019-cu ildə 3517 nəfər subbakalavr, 2020-ci ildə 5179 nəfər subbakalavr ali məktəbə qəbul olub. Subbakalavrların nəinki ali məktəblərə, dövlət sifarişli yerlərə qəbul olmaq imkanları var. Əksər subbakalavrlar I və II qruplara qəbul olub.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Subbakalavrlar heç bir abituriyent üçün rəqib deyil, onlar yalnız boş yerlərə yerləşdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlara ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək. DİM-in Direktorlar Şurasının sədri avqustun 23-də II və III, avqustun 24-də I və IV ixtisas qrupları üzrə abituriyentlərin suallarını cavablandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: