NDU-nun Fransız dili müəllimləri “Fransız şəhərciyi”ndə iştirak ediblər - FOTOLAR

A- A A+

Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət şöbəsinin və Azərbaycanda Fransız İnstitutunun təşkilatçılığı ilə Fransız dili müəllimləri üçün beşgünlük onlayn pedaqoji təcrübə təşkil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Fransız şəhərciyi” adlanan  və hər il Azərbaycanın müxtəlif rayonlarında keçirilən pedaqoji təcrübə bu il pandemiya ilə əlaqədar onlayn formada baş tutub. Pedaqoji təcrübənin I mərhələsində Naxçıvan Dövlət Universiteti “Xarici dillər fakültəsi”nin “Roman-german dilləri” kafedrasının baş müəllimləri İradə Qasımova və Əzizə Əliyeva iştirak edib. İki hissədən ibarət təlimin Fransız dilinin tədrisi ilə bağlı I mərhələsini fransız dili mütəxəssisi Saliha Ouldyerou aparıb. İkinci mərhələ isə Fransız dilinin sivilizasiyası, gündəlik həyatı, kulinariyası, kinosu, muzeyləri və s. ilə bağlı olub. Fransız mütəxəssisi ilə tədrisə aid müxtəlif mövzularda dialoqlara da yer verilən təlimdə praktiki məşğələlər də aparılıb, Fransız dilinin öyrənilməsində qarşıya çıxan çətinliklər və s. kimi məsələlər müzakirə olunub. Təlimin sonuncu günü kulinariya məşğələsində Nis, nitsa salatı hazırlanıb.

Qeyd edək ki, həm nəzəri, həm də praktiki fəaliyyətlər həyata keçirilən pedaqoji təcrübədə iştirak edən bütün müəllimlərə sertifikat təqdim olunacaq. İki mərhələdə təşkil olunan pedaqoji təcrübə hər qrupda 10 müəllim olmaqla 3 qrupda keçirilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: