Abituriyentlər təsviri sənət və bədən tərbiyəsi istiqamətləri üzrə qabiliyyət imtahanını avqustun 27-də verəcəklər

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 27-də keçiriləcək. Abituriyentlər təsviri sənət (9 və 11 illik) və bədən tərbiyəsi (11 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: