Avstraliyanın Nyukasl Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində köpəkbalıqlarının maqnitidən çəkindiyi müəyyənləşib.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqat zamanı alimlər köpəkbalıqlarının içərisinə maqnit yerləşdirilmiş balıq tələlərinə yaxın düşmədiyini və həmin yerdən sürətlə uzaqlaşdığını müşahidə ediblər. Məlum olub ki, köpəkbalıqlarının burunları ətrafındakı dəliklər maqnit sahələrinə qarşı xüsusilə həssasdır.
Nyukasl Universitetinin aparıcı tədqiqatçısı Vinsent Raul bildirib ki, maqnitdən istifadə etməklə köpəkbalıqlarının ovlanmasının qarşısını almaq mümkün olacaq. Eyni zamanda, bu üsul balıqçılar üçün də çox əlverişlidir. Belə ki, onlar bu yolla köpəkbalıqlarını ərazidən daha tez uzaqlaşdıracaq və rahatlıqla balıq tuta biləcəklər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.