Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanları davam edir.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti qabiliyyət imtahanı avqustun 30-u keçiriləcək. Abituriyentlər bədən tərbiyəsi (9 və 11 illik) istiqaməti üzrə qabiliyyət imtahanı verəcəklər.