Bu il Naxçıvan Dövlət Universitetində IV ixtisas qrupu üzrə tələbə qəbulu üçün ayrılan plan yeri artırılıb
2021/2022-ci tədris ili üçün Naxçıvan Dövlət Universiteti (NDU) IV ixtisas qrupu üzrə tələbə qəbuluna 205 plan yeri ayrılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində isə NDU-da qəbul planı 175 yer olub. Bu da ötən illə müqayisədə 30 yer çoxdur.