Naxçıvan Müəllimlər İnstitutunda III ixtisas qrupu üzrə tələbə qəbulu üçün ayrılan plan yeri artırılıb
2021/2022-ci tədris ili üçün Naxçıvan Müəllimlər İnstitutunda III ixtisas qrupu üzrə tələbə qəbuluna 290 plan yeri ayrılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində qəbul planı 270 yer olub. Bu da ötən illə müqayisədə 20 yer çoxdur.