Naxçıvan Bölməsində elmi konfrans: Azərbaycanın xilasının başlandığı gün

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransda  Bölmə sədri, akademik İsmayıl Hacıyev ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində ölkədə ağır siyasi vəziyyət və tənəzzülün hökm sürdüyünü diqqətə çatdırıb. Bildirib ki, Moskva və Bakıdakı hakim dairələr mövcud durumu, eləcə də Heydər Əliyevin siyasi bilik və bacarıqlarını nəzərə alaraq onun Azərbaycana gəlişinə mane olmağa çalışırdılar. Xalqın inam və etibarını, ölkənin gələcək rifahını hər şeydən üstün tutan dahi lider əsl vətənpərvər rəhbər missiyasını uğurla yerinə yetirdi. Sözügedən dövrdə baş verən hadisələri təhlil etməklə qətiyyətlə deyə bilərik ki, 3 sentyabr 1991-ci il tarixi Azərbaycanın xilasının başlandığı gündür.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi: xilaskarlıq və qurtuluş missiyası” mövzulu məruzəsi dinlənilib. Alim bəhs olunan dövrdə Naxçıvanın düşdüyü blokada şəraiti, erməni qəsbkarlarının məkrli niyyətləri, mövcud iqtisadi və siyasi böhrandan bəhs edib.

Akademik məruzəsində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyətinin mühüm nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Naxçıvan, sözün əsl mənasında, Azərbaycanın inkişaf strategiyasının öncülüdür. Muxtar respublikanın qazandığı bugünkü yüksəliş səviyyəsi Naxçıvanın gələcək sürətli inkişafından xəbər verir.

Həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, professor Hacıfəxrəddin Səfərlinin, İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Musa Quliyev, Yaşar Rəhimov və dosent Emin Şıxəliyevin mövzu ilə bağlı məruzələri dinlənilib. Məruzəçilər görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlişi, müstəqillik yolunda atılan ilk addımlar, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə törədilən qəsdlər, onların qarşısının alınması istiqamətində görülən tədbirlər və başqa mühüm əhəmiyyətə malik mövzulara toxunaraq təhlillər aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: