Naxçıvanda 120 gənc ümumtəhsil məktəblərində müəllim kimi işlə təmin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq təhsil müəssisələrinə işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.                                                     

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki,   bu il dövlət ümumtəhsil müəssisələrində vakant vəzifələrə  işə qəbul üçün 10 iyun tarixdə müsabiqə elan edilib, müsabiqədə iştirak üçün 858 namizəd müraciət edib. 2-16 avqust tarixlərdə keçirilən müsabiqənin nəticəsinə uyğun olaraq 214 vakant yerə namizədlərdən 493-ü keçərli bal toplayıblar. Qeyd olunan vəzifələr üzrə ən yüksək nəticə göstərən 120 gənc kadr yeni tədris ilindən müəllim kimi fəaliyyətə başlayacaqlar. Bu isə məktəblərin səriştəli, bacarıqlı kadrlarla komplektləşdirilməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə  şərait yaradır.

Təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara  yeni vəzifələrində uğurlar arzulayıb və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək səylə çalışmalarını tövsiyə edib.

Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov yeni işə təyin olunan kadrlara stimullaşdırıcı tədbirlərin tətbiqi və müəllimlərin əmək funksiyaları ilə bağlı ümumi məlumat verib.

Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olunub.

Qeyd edək ki, gənc kadrlar üçün 6-8 sentyabr tarixlərində qabaqcıl müəllimlər tərəfindən bir sıra mövzularda 3 günlük seminar keçiriləcəkdir.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: