Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı universitetləri sırasındadır

A- A A+

Dünyanın ən yaxşı universitetləri sırasında Naxçıvan Dövlət Universiteti də yer alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın 5 ali təhsil müəssisəsinin daxil olduğu siyahıda  Bakı Dövlət Universiteti 2112 universitet içərisində  1247-ci yeri tutub. Siyahıda, həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti də var.

Qeyd edək ki, “Times Higher Education” (THE World University Rankings 2022) versiyası üzrə aparılan reytinq üzrə Oksford Universiteti növbəti dəfə dünyanın 200 ən yaxşı universiteti siyahısının lideri olub. Məlumat üçün onu da bildirək ki, universitetlərin ilk beşliyinə, həmçinin Kaliforniya Texnologiya İnstitutu (ABŞ), Harvard Universiteti (ABŞ), Stenford Universiteti (ABŞ) və Kembric Universiteti (Böyük Britaniya) da daxil olub. Növbəti pillələri Massaçusets Texnologiya İnstitutu (ABŞ), Priston Universiteti (ABŞ), Berkli Kaliforniya Universiteti (ABŞ) Yel Universiteti (ABŞ) tutub. İlk onluğu isə Çikaqo Universiteti tamamlayıb.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: