“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabının üçüncü cildi nəşr olunub

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib. Kitabın müəllifi Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovdur.

Kitabın “Elm”, “Ədəbiyyatşünaslıq”, “Mətbuat, maarif və mədəniyyət”, “Rəy, müsahibə və təəssüratlar” bölmələrinə daxil edilən məqalələrdə Naxçıvanın elmi, ədəbi və mədəni mühiti ilə bağlı müxtəlif problemlər tədqiq olunur. Məqalələrdə elmimizin zənginləşməsinə xidmət edən əsərlər, Seyid Səbri, Müzəffər Nəsirli, Hüseyn Razi və Əvəz Sadıq yaradıcılığının müxtəlif sahələri təhlilə cəlb edilir, Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılması və fəaliyyəti, “Şərq qapısı” qəzetinin müxbirləri, Naxçıvan teatrı ilə bağlı araşdırmaların nəticələri oxuculara təqdim edilir.

Əsərin elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi isə AMEA-nın həqiqi üzvü Teymur Kərimlidir.

Qeyd edək ki, “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabının birinci və ikinci hissələri isə müvafiq olaraq 2017 və 2019-cu illərdə oxucuların ixtiyarına verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: